Oğlan və skripka

Çox qədim zamanlarda bir qoca qadın yaşayardı. Qadının gözünün ağı — qarası bircə oğlu vardı. Onlar meşədə bir komada yaşayardılar. Güzəranları çox ağır idi. Çox vaxt yeməyə bir parça çörək də tapmazdılar.

Oğlanın on iki yaşı tamam olan kimi anası onu uzaqlara, varlı bir evə nökərçiliyə yolladı. Oğlan mal-qaranı və qoyunları otarmağa başladı.
Bir il keçdi, oğlan bir ere zəhmət haqqı aldı, ikinci il üçün də eyni haqq aldı, üçüncü il də o birilərindən fərqlənmədi. O zaman oğlan üç il üçün bütün qazancını götürüb ağaları ilə sağollaşdı və evlərinə yola düşdü.

Oğlan sevinə-sevinə yol gedir, bu mahnını oxuyurdu:
— Üç il dalbadal çalışdım,
Üç dənə mis pul qazandım,
Sevincliyəm, çox şadam!
Gör necə də varlıyam!
Davamı →

Donald Bisset

Donald Bisset — ingilis yazıçısı, aktyoru, rəssamı və televiziya aparıcısı idi. Onun əsərləri gənc oxuculara ünvanlanan kiçik hekayələrdir. Ömrü boyunca Donald Bisset yüzdən çox qısa nağıllar yazıb. «Unudulmuş ad günü» bir çox ölkədə tanınan ingilis müəllifin əsərlərindən biridir.

Donald Bisset 1910-cu ildə anadan olub. Əsgərlik illərində baş leytenant rütbəsi ilə Royal Artilleriyada xidmət edən ingilis aktyor və yazarın həyatı haqqında çox az şey bilinir. Məlumdur ki, o, gənclikdə at sürməyi çox sevirdi, filmlərdə rol oynayır və televiziya şousularına rəhbərlik edirdi.

1946-cı ildə o, həyatını kino aləminə həsr etməyə başladı. Ömrünün müxtəlif dövrlərində Donald Bisset, altmış dörd televiziya layihəsində iştirak etdi.
Davamı →

Enid Bliton

Enid BlitonMəşhur uşaq yazıçısı Enid Bliton 11 avqust 1897-ci ildə Londonda anadan olub. Ailənin ən böyük uşağı olan Bliton 1907-1915-ci illərdə Bekkenhemdəki Sent-Kristofer məktəbində təhsil alıb. Məktəb əlaçısı idi və oxuduğu müddətdə «Headgirl» adını qazanıb. Bliton çox gözəl piano çala bilirdi.

Liseyi bitirdikdən sonra müəllim olmağa qərar verən Bliton, universitetdə olarkən musiqi məşğələlərini buraxıb. Boş zamanlarında yazıçılıq etməyə başlayıb və 1922-ci ildə ilk əsəri olan və uşaqlar üçün nəzərdə tutulan «Uşaq pıçıltıları» kitabı nəşr olunub.

Bliton əsərlərində əsas qəhrəman kimi uşaqları seçirdi. 3 tipdə əsər yazırdı: 
Davamı →

Karlson kimin prototipidir?

Cizgi filmlərini kim sevmir ki… Hamımız sevirik, yaşımız neçə olur-olsun, baxırıq. Hələ bu uşaqlığımızın cizgi filmidirsə, qaça-qaça gəlirik ekran önünə. İndi də onlardan birindən danışacağıq – “Balaca və Karlson” cizgi filmindən, daha doğrusu onun qəhrəmanı Karlsondan.

Amma əvvəlcə bir az cizgi filminin özü barədə. Bu cizği filmini rejissor Boris Stepançev Astrid Lindqrenin “Balaca və damda yaşayan Karlson” əsəri əsasında çəkib. 

Filmdə Karlson obrazını Vasili Livanov, uşağı Klara Rumyanova səsləndirib. Cizgi filmi Soyuzmultfilm tərəfindən 1970-ci ildə çəkilib. Gələk Karlsona. Bu obrazın yaranma tarixcəsi, demək olar, ən ağlasığmaz və mifik olanlardandır. Ola bilsin, onun prototipi Herman Görinqdir. Astrid Lindqrenin qohumları, sözsüz ki, bu ehtimalı təkzib edirlər. Amma bu mövzu ətrafındakı müzakirə və mülahizələri bu günün özündə də bitib-tükənmək bilmir. 
Davamı →

Kibritsatan qız | Hans Xristian Andersen

Bir yeni il gecəsi idi. Dondurucu, qovurucu bir soyuq vardı. Yoldan keçənlər paltolarının yaxasını qaldırmışlar, şallarına bürünmüşlər, sürətli sürətli gedirdilər. Kimi evinə gecikmiş, tələsik gedir, kimi bir əyləncə yerinə gedirdi. Uşaqlar qaçırlar, bir-birlərinə qartopu atırdılar. Gecənin zövqünü ən çox onlar çıxarırdılar. Qəhqəhələrlə gülürlər, sevinclə qışqırırdılar. Tək bir uşaq vardı ki, gəlib keçənlər onun fərqində deyildilər. Kiçik bir qız uşağı. Başı açıq, paltarı yamaq içində, yoxsul bir qızcığaz. Bir qapının önünə büzülmüş, çılpaq ayaqlarını altına almışdı. Soyuqdan göyərmiş, tir-tir titrəyirdi. Üzərində oturduğu daş pillə də buz kimi idi.

Qızcığaz da sanki donmuş, bir buz parçası kəsilmişdi. Geniş qutunun içində sıralanmış kibrit qutularına baxarkən gözləri yaşarırdı. Bəli, bu bir kibritçi qız idi. O gün bir tək qutu kibrit belə sata bilməmişdi. Satsa, bir neçə qəpik pul qazansa, qalxıb evinə gedər, anasıyla birlikdə heç olmazsa bir kasa isti şorba içərdi. Gedə bilmirdi, çünki o gün heç kibrit sata bilmədiyini anasına söyləməkdən çəkinirdi. Soyuqdan, kədərindən titrəyən batıq, incəcik səsiylə «Kibrit var, kibrit» — deyə qışqırırdı. Küçədən keçənlərin heç biri başını çevirib baxmırdı…
Davamı →